Belarusun keçmiş prezidentliyə namizədi Svetlana Tixanovskayanın BMT Təhlükəsizlik Şurası və AŞPA-nın iclaslarında çıxışı planlaşdırılır.
Teleqraf.com xəbər verir ki, bu barədə Tixanovskayanın mətbuat xidməti məlumat yayıb.
Məlumat görə, siyasətçi Təhlükəsizlik Şurasının 4-8 sentyabr tarixli iclasında iştirak etmək qərarına gəlib. BMT Təhlükəsizlik Şurasında çıxış üçün dəvət sözügedən qurumun bütün üzvlərinin razılığını tələb edir.
Tixanovskaya avqustun 24-də ABŞ dövlət katibinin müavini Stiven Biqanla görüşüb. Danışıqlar Litvada da aparılıb. Söhbət əsnasında Belarus müxalifətinin lideri ölkəsindəki vəziyyəti dialoq yolu ilə həll etməyə hazır olduğunu bildirib və digər ölkələri respublikanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırıb.
Svetlana Tixanovskaya avqustun 9-da keçirilən seçkilərindən sonra rəsmi məlumatlara görə, səslərin yüzdə 10 faizini, altıncı dönəm üçün namizəd olan Prezident Aleksandr Lukaşenko isə 80 faizini aldığı açıqlanıb. Bundan sonra o, Belarusu tərk etmək məcburiyyətində qalıb.
Ölkədə avqustun 9-dan yeni və ədalətli seçki tələbi ilə kütləvi etirazlar davam edir.