2 Sentyabr 2020 00:58
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Trampın şəxsi həkimi Şon Konli Birləşmiş Ştatlar liderinin sağlam olduğunu təsdiq edib.

Teleqraf.com xəbər verir ki, Şon Konli ABŞ liderinin insult keçirdiyinə dair iddiaları yalanlayıb.

"Prezident sağlamdır, mənim onu gözləyən gərgin iş qrafikinə dözmək qabiliyyətindən qorxum yoxdur. Son hesabatımda göstərildiyi kimi, güman edirəm ki, o prezident səlahiyyətlərini yerinə yetirmək iqtidarındadır", - deyə həkimin Ağ Ev tərəfindən yayılmış bəyanatında deyilir.

Konli vurğulayıb ki, Trampda KİV-in səhvən bildirdiyi kimi insult, mikroinsult və ya hər hansı başqa kəskin ürək-damar xəstəlikləri olmayıb.

Daha əvvəl Tramp özünün “Twitter”dəki səhifəsində bu yaxınlarda bir neçə dəfə mikoinsult keçirməsi xəbəri yalan adlandırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər