ABŞ prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, tərəflər telefon danışığı zamanı G20 ölkələrinin COVID-19 pandemiyasının nəticələrini azaltmaq üçün səylərini müzakirə ediblər.
Bundan əlavə, Səudiyyə Ərəbistanının kralı ABŞ-ın İsrail-Fələstin münaqişəsinin həllinə verdiyi töhfəni qeyd edib və krallığın bölgədəki sülhə sadiq olduğunu vurğulayıb.