7 Sentyabr 2020 11:30
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

15 sentyabra qədər bu razılaşma əldə edilməsə, iki tərəf arasında sərbəst ticarət anlaşması olacağını düşünmürəm. Bu vəziyyətdə reallığı qəbul edib yolumuza davam etməyimiz lazım gələcək.

Teleqraf.com xəbər verir ki, bu bəyanatla Böyük Britaniyanın Baş naziri Boris Conson çıxış edib.

Baş nazir İngiltərə ilə Avropa Birliyinin (AB) ticarət anlaşması əldə etmədən ayrılmasını da uğurlu nəticə kimi qiymətləndirir.

Xatırladaq ki, İngiltərə 2016-cı ildə keçirdiyi referendumun nəticəsi olaraq yanvarın 31-də AB üzvlüyünü rəsmən dayandırıb.

Bundan sonra hər iki tərəfin Breksitdən sonrakı münasibətlərin tənzimlənməsi üçün saziş bağlaması ehtimal olunurdu.

İngiltərə və AB heyətləri arasında müzakirələrin səkkizinci turu bu həftə keçiriləcək.


Müəllif: Cavad

Oxşar xəbərlər