Türkiyənin ölkə daxilində və xaricində həyata keçirdiyi əməliyyatlar sayəsində süquta doğru gedən PKK terror təşkilatı artıq Suriyadakı qolu olan YPG/PYD üzərində təsirini itirir.
Teleqraf.com xəbər verir ki, Suriyanın şimalında ABŞ himayəsindəki YPG/PYD terror təşkilatları PKK-nı nəzərə almadan müstəqil addımlar atmağa başlayıblar.
YPG-nin neft gəlirlərini Qəndilə göndərmək istəmədiyi üçün şəbəkənin Suriya nümayəndəsi Hələg əl-Məhəmməd Qəndilə çəkilib və yerinə “Bahoz Erdal” ləqəbli Fəhman Hüseyni təyin edib.
Məlumata görə, ABŞ neft şirkətləri ilə razılaşma imzalayan YPG/PYD liderlərindən Fərhad Abdi Şahinlə PKK liderlərindən Murad Qarailan arasında da problem yaranıb. Pul qazanan YPG/PYD-nin ABŞ çətirinə daxil olacağı və PKK-dan qoparaq müstəqilliyini elan edəcəyini düşünən Murad Qarailan neft gəlirlərini Qəndilə göndərilməsini istəyib. Fərhad Abdi Şahin bu təklifi rədd edərək onu yerinə yetirməyib.