İranın güləş üzrə milli çempionu Navid Əfkari edam edilib.
Teleqraf.com xəbər verir ki, Həsən Türkmanın qətlində ittiham olunan 27 yaşlı güləşçi Ədilabad həbsxanasında edam edilib.
Qətldə əlii olduğu deyilən Əfkarinin qardaşları Vahid 54 il, Həbib isə 24 il həbs cəzasına məhkum edilib.
Navid Əfkari 2018-ci ildə İranın cənubundakı Şiraz şəhərində etiraz aksiyaları zamanı dövlət su müəssisəsində mühafizəçi olan Həsən Türkmanı bıçaqlayaraq öldürməkdə günahlandırılırdı.
Qeyd edək ki, iranlı idmançı ölüm cəzasına məhkum edildikdən sonra beynəlxalq idman ictimaiyyəti və insan haqları təşkilatları Tehranı edamı dayandırmağa çağırıb.
ABŞ Prezidenti Donald Tramp da “Tvitter” hesabından İran liderlərinə “Əgər bu gənciı bağışlasanız və onu edam etməsəniz, çox məmnun olaram” mesajı vermişdi.