17 Sentyabr 2020 12:14
2 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

Opera müğənnisi Anna Netrebko xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, ona koronavirus diaqnozu qoyulub.

“Mən artıq beş gündür COVID-19 diaqnozu ilə xəstəxanadayam və tezliklə sağalacağam. Xəstələndiyimi hiss elədikdə dərhal özümü təcrid etdim, baxmayaraq ki, testlər mənfi idi. Xəstəxanaya vaxtında gəldim və mənə köməklik göstərilir. Hər şey yaxşı olacaq!”, – deyə Netrebko “İnstaqram” hesabında yazıb.

Müğənni qeyd edib ki, əri, opera müğənnisi Yusif Eyvazovda antitel aşkarlanıb.

Qeyd edək ki, bir neçə gün öncə Anna Netrebko koronavirus testinin mənfi olduğunu bildirmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər