18 Sentyabr 2020 18:38
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp “WikiLeaks”in qurucusu Culian Assanjı bağışlamağa hazırdır. Amma bir şərtlə ki, o, Demokratlar Partiyasının serverlərində saxlanılan məktubların mətnlərini kimdən aldığını desin.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” Assanjın vəkilinə istinadən məlumat yayıb.

2016-cı ildə Demokratlar Partiyasının serverlərindəki gizli məlumatların dərc edilməsi Donald Trampın rəqibi Hillari Klintonun seçki kampaniyasına təsir göstərən mənfi amillərdən biri olmuşdu. H.Klinton özü sızmanı məğlubiyyətinin əsas səbəblərindən biri adlandırmış və serverlərin “sındırılma”sına görə rusiyalı hakerləri günahlandırmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər