20 Sentyabr 2020 11:14
3 417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərqi Aralıq dənizində axtarış və qazma aparmaq üçün gəmiləri əvvəlcə kirayələməyə üstünlük verən Türkiyə Qərbin müxtəlif bəhanə və gizli embarqolarından sonra satın almağa başlayıb.

Teleqraf.com-un məlumatına görə, hazırda Türkiyə 2 axtarış, 3 qazma gəmisinə malikdir.

"Oruc Rəis" və "Barbaros Xeyrəddin Paşa" seysmik axtarış gəmiləri, Fateh, Yavuz və Qanuni qazma gəmilərindən sonra Türkiyə inventarına dördüncü qazma gəmisi əlavə etmək üçün danışıqlar aparır.

Bu gəmilərə lazımi məmulatların tədarükündə də çətinliklərlə üz-üzə qalan Türkiyənin alternativ variantlarla problemi həll etməyə çalışdığı bildirilir.

Qeyd edilir ki, axtarış gəmilərində çalışan əcnəbi personalın sayı üçdə birə qədər endirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər