20 Sentyabr 2020 19:57
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bazar günü Belarusun paytaxtı Minskdə keçirilən icazəsiz etiraz aksiyalarında 10-dan çox insan saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyinin mətbuat katibi Olqa Çemodanova məlumat verib.

“Minskdə artıq on nəfərdən çox saxlanılan var. Hamısı icazəsiz aksiyalarda iştirak etdiyi üçün. İnsanlar qeydiyyatdan keçməmiş simvolikadan istifadə edirlər”, - o deyib.

Çemodanova əlavə edib ki, bazar günü ölkənin bir neçə regionunda keçirilən etiraz aksiyaları ilə bağlı vəziyyət nəzarət altındadır.

“Belarusun bir sıra bölgələrində, o cümlədən Qrodno, Moqilyov, Soliqorsk, Lida, Minskdə etiraz aksiyaları keçirilir, onların hamısı icazəsizdir, onlarda 50-dən 300-ə qədər insan iştirak edir, daha çox etirazçı Minskdə çıxıb”, - Belarus Daxili İşlər Nazirliyinin mətbuat katibi bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər