Hindistanın cənub-şərqdəki Andhra Pradesh əyaləti son 3 gündür Hudhud qasırğasının təsiri altındadır.
Teleqraf.com Cihan agentliyinə istinadən xəbər verir ki, qasırğa səbəbindən 21 nəfər həyatını itirib. Təhlükəli rayonlardan indiyə qədər 200 min insan evakuasiya edilib.
Regionda qasırğanın sürəti saatda 165 kilometrə çatır. Şiddətli küləklərin 6695 evə ziyan verdiyi bildirilir. Təxliyə edilən insanlardan 100 mini həyatını çadırlarda keçirir.
Bu gün Hindistanın baş naziri Narendra Rejimi Andhra Pradesh qasırğanın ziyan vurduğu ərazilıara gedəcək.
Samir