İsrail və BƏƏ arasında normallaşma prosesinə dair sazişin imzalanmasından sonra yeni bir gəlişmə yaşanır.
Teleqraf.com xəbər verir ki, BƏƏ-nin məşhur siyasi fəallarından biri müzakirələrə səbəb olan tələblə çıxış edib.
İsraildə nəşr olunan “Maariv” qəzetinə müsahibə verən siyasi fəal Məzrui Səudiyyə Ərəbistanının Məhəmməd peyğəmbər dövründə Xeybərdən çıxarılan yəhudilər üçün təzminat ödəməli və onlara vətəndaşlıq verməli olduğunu deyib.
Məzrui BƏƏ taxtının vəliəhdi, şahzadə Məhəmməd bin Zayedlə yaxın əlaqələrə malik olması ilə diqqət çəkir. Siyasi fəalın tələbinin Zayed tərəfindən dəstəkləndiyi ehtimal edilir.