26 Sentyabr 2020 11:10
2 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın birinci yarısından Yunanıstan və Türkiyə arasında start götürəcək araşdırma görüşləri öncəsi Afinada masaya çıxarılacaq məsələlər ciddi müzakirə olunur.

Teleqraf.com xəbər verir ki, iki gün əvvəl Türkiyə Təhlükəsizlik Şurasının toplantısının keçirilməsi, iclasda Şərqi Aralıq və Egey dənizlərində yaranan durumun müzakirəsi və verilən rəsmi açıqlama Afinada ciddi narahatlıq yaradıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının toplantısından sonra verilən rəsmi açıqlamada qeyri-hərbi statusda olan adaların silahlandırılması başda olmaqla beynəlxalq hüquqa və razılaşmalara zidd hərəkət edən ölkələr doğru yola dəvət edilir. Bu məqam yunan mediasında müzakirəyə çıxarılıb.

Yunan medisı adaların silahsızlaşdırılması məsələsindən narahatlıq ifadə edib. Hesab olunur ki, Türkiyənin bu mövzunu müzakirəyə etməkdə israrı araşdırma görüşlərinin irəliləməsinə mane olacaq.

Afina Universitetinin mütəxəssisi Kostas Lavdas bildirib ki, Türkiyə müxtəlif mövzuları gündəmə gətirir: “Bunlar anlaşılmaz məsələlər deyil, Türkiyənin tələbləridir və Yunanıstanın suverenliyini maraqlandırır. Türkiyə israr edərsə Yunanıstan araşdırma görüşlərindən çox az fayda əldə edəcək”.

Yunan deputat və beynəlxalq məsələlər üzrə mütəxəssis Angelos Sirigos bəyan edib ki, Türkiyə beynəlxalq hüquq baxımından Yunanıstana qarşı ən güclü arqumenti olan adaların silahsızlaşdırılması məsələsini gündəmə gətirir: “Beləcə Yunanıstana beynəlxalq hüququ tətbiq etməyən tərəfin Afina olduğunu göstərmək istəyir. Afina və Ankara arasında dialoqun sadəcə Egey və Şərqi Aralıq dənizinin sərhədləri ilə əlaqəli olacaqmı, yoxsa adaların hərbləşdirilməsi məsələsi də diqqətə gətiriləcək, bunu görəcəyik.

1923-cü il Lozanna və 1947-ci il Paris razılaşmalarına prinsiplərinə görə, silahsız qalmalı olan adalar Türkiyədən gələn təhdidlər nəticəsində silahla təchiz edilib”.


Müəllif: Cavad

Oxşar xəbərlər