14 Oktyabr 2014 18:00
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə Kərkükdə neft ticarəti edən bəzi şəxslər saxlanılıb.

Teleqraf.com Cihan agentliyinə istinadən xəbər verir ki, bu barədə Peşmərgə güclərinin sözçüsü Halgurd Hikmət açıqlama verib. Onun sözlərinə görə, günahları sübuta yetiriləcəyi təqdirdə sözügedən şəxslər terror qanunu ilə mühakimə olunacaq. Hikmət peşmərgələrin Kürdüstan Demokrat Partiyası (KDP) və Kürdüstan Vətənpərvərlər İttifaqı (KYB) nümayəndələrinin olduğunu qeyd edib.

İraqdakı Kürdüstan Regional rəhbərliyi faktı araşdıracağını açıqlayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər