Ukraynanın sabiq prezidenti Pyotr Poroşenkonun vəziyyəti kəskin pisləşib.
Teleqraf.com xəbər verir ki, bu barədə onun həyat yoldaşı Marina Poroşenko bildirib.
Sabiq prezident Pyotr Poroşenkonun sentyabrın sonunda koronavirusa yoluxduğu bildirilmişdi. O, hazırda koronavirusdan müalicə olunur və onda ikitərəfli ağciyər iltihabı aşkar oluneb.
Qeyd olunur ki, onunla birlikdə koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilmiş qızının vəziyyəti yüngüldür.