13 Oktyabr 2020 01:16
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Baş Prokurorluğu ölkənin keçmiş prezidenti Petro Poroşenkoya qarşı 2014-cü ildə offşor şirkətin qeydiyyatı faktı ilə əlaqədar cinayət işi açıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə vəkil Andrey Portnov məlumat verib.

Poroşenko Ukrayna prezidentinin vəzifəsində olarkən, 2014-cü ilin avqust ayında Britaniyanın Virgin adalarının yurisdiksiyasında “Prime Virgin Partners Limited” şirkətini qeydiyyatdan keçirib.

Vəkilin sözlərinə görə, keçmiş prezident şirkətin qeydiyyatını gizlədib, bunu gəlir və maliyyə öhdəlikləri bəyannaməsində əks etdirməyib.

Bildirilib ki, şirkət qanunsuz fəaliyyətlərin həyata keçirilməsi, xüsusilə vergidən yayınma və cinayətdən əldə olunan gəlirlərin leqallaşdırılması üçün yaradılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər