Çinin Honq-Konq bölgəsində son vəziyyət gərgin olaraq qalır. Teleqraf.com-un məlumatlna görə, bu barədə “South China Morning Post”nəşri xəbər verib.
Toqquşmalar zamanı Honq-Konq polisi etirazçıları qovmaq niyyəti ilə bibər qazından istifadə etmək məcburiyyətində qalıb. Bundan əlavə, yerli kanalın verdiyi məlumata görə, 45 nəfər də həbs edilib.
Qeyd edilir ki, nümayişçilər əsas yollardan birini bağladıqlarından polis onları qovmağa cəhd göstərir.