Səudiyyə Ərəbistanı taxtının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın İsraillə münasibətlərin normallaşmasında maraqlı olduğu, ancaq bölgə dövlətləri və xalqın reaksiyasından çəkindiyi üçün belə addım atmadığı iddia edilib.
Teleqraf.com xəbər verir ki, İsrailin “Haaretz” qəzeti Məhəmməd bin Salmanın bu məsələni yəhudi əsilli amerikalı milyarder Haim Sabanla görüşündə qaldırdığını bildirib.
“Haaretz”in yazdığına görə, şahzadə tərəfindən Sabana İsraillə münasibətləri normallaşdırmaq məsələsində qonşuları Bəhreyn və BƏƏ-yə qoşula bilməyəcəyini və bu işin onu İran, Qətər və xalqı tərəfindən öldürülməklə nəticələnəcəyini deyib.