Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 109 nəfərə çatıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən bildirilib.
Məlumata görə, xəsarət alanların sayı 1 036 nəfər təşkil edir. Onlardan 838 nəfəri evə buraxılıb, 138 nəfərin müalicəsi xəstəxanalarda davam edir.