ABŞ-da keçirilən prezident seçkilərində nəticələrin ardından mümkün etirazlara qarşı Milli Qvardiya bəzi böyük şəhərlərin mərkəzində yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın bir sıra şəhərlərində mağazalar bağlanıb, pəncərələr isə dəmir jalüzlərlə örtülüb.
Sosial şəbəkələrdə paylaşılan fotolarda Atlanta və digər şəhərlərdə Milli Qvardiya ordusunun küçələrə çıxdığı görünür.
Paytaxt Vaşinqtonda isə ehtimal olunan aksiyalar səbəbindən sahibkarlar, mağaza sahibləri zərərə düşməmək üçün önləyici tədbirlərə əl atıblar.
Xatırladaq ki, seçkilərdə mübarizə indiki Prezident Donald Tramp və Demokrat Partiyasının namizədi Co Bayden arasında gedir.