7 Noyabr 2020 11:27
18 641
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-da keçirilmiş prezident seçkilərini qazanmağa çox yaxın olan Demokratlar partiyasının namizədi Co Baydenin qarşıdakı dörd ildə Türkiyə ilə hansı əlaqələri quracağı ən böyük suallardan biridir”.

Teleqraf.com xəbər verir ki, türk siyasi ekspert, professor Ahmet Uysal Baydenin Türkiyə kimi kritik bir ölkəni itirmək istəməyəcəyini, mülayim münasibətlər quracağını iddia edib.

“Hesab edirəm ki, Bayden Türkiyə ilə uzunmüddətli və sabit bir əlaqə quracaq. Yaxın Şərqdə daha az problem istəyirsə, Türkiyə ilə işləmək məcburiyyətindədir. “S-400” məsələsində təzyiq edə bilər, amma Türkiyə artıq bunları alıb, sonda qəbul etmək məcburiyyətində qala bilər. “F-35”-ləri isə verməkdən yayınması mümkündür”, - Uysal bildirib.

Professor Bilal Sambur da ABŞ-ın yeni prezidentinin Türkiyə kimi müttəfiqini itirmək istəməyəcəyini qeyd edib: “PKK/YPG məsələsində isə hansı addımı atacağını demək hələ tezdir. Şərqi Aralıq dənizində isə gərginliyi azaldacaq. Türkiyə və Yunanıstan arasında uzlaşdırıcı bir siyasət yürüdəcəyini düşünürəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər