20 Noyabr 2020 14:16
2 367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaman-zaman PKK terror təşkilatının illərdir kürd xalqına böyük ziyan vurduğunu dilə gətirən Türkiyənin Ağrı vilayətinin bələdiyyə sədri Savcı Sayan yeni bir açıqlama verib.

Teleqraf.com xəbər verir ki, o, PKK-nın kürd və türk xalqlarının dostluğuna mane olduğunu deyib.

“PKK terror təşkilatı olmasaydı, xoşbəxtlik ağrı əvəzinə kürd və türk xalqlarıının evlərinə girərdi” deyən, Sayan qeyd edib:

“PKK 40 ildə dağlarda 100.000 kürd gəncini öldürdü. Kürdlərə hansı yaxşılığı etdi? 100 min gənc həkim, hüquqşünas, müəllim, hakim, iş adamı və işçi olsaydı, bir kürdün və ya türkün evinə ağrı deyil, xoşbəxtlik girərdi. Bu vətən hamımıza bəs edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər