3 Dekabr 2020 01:36
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ştatlar İranla münasibətlərdə gərginliyin artması ilə əlaqədar diplomatlarının yarısını İraq ərazisindən çıxarır.

Teleqraf.com-un məlumatına görə, bu barədə “Politico” qəzetinin elektron versiyası bildirib.

Mətbu orqanın məlumatına görə, ABŞ-ın Bağdad və digər şəhərlərdəki diplomat missiyaların əməkdaşları müvəqqəti olaraq bu ölkəni tərk edir. Onların qayıdışının müddəti açıqlanmır.

Qeyd edilir ki, ABŞ-ın İraqdakı səfiri Metyu Tuller bu ölkəni tərk etməyəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər