5 Dekabr 2020 11:25
4 314
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Prezident Donal Trampın təlimatı ilə əlaqədar açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, açıqlamada Trampın Pentaqona və ABŞ-ın Afrika Komandanlığına Somalidəki hərbi personalın əksəriyyətinin 2021-ci ilin əvvəlinə qədər yerini dəyişdirməsini tapşırığı verdiyi bildirilib.

ABŞ-ın Somalidə təxminən 700 əsgərinin olduğu bildirilsə də, geri çəkilmə cədvəlinin təfərrüatları təhlükəsizlik səbəbi ilə açıqlanmayıb.

“Wall Street Journal” Somalidən geri çəkiləcək hərbi qüvvələrin bir qisminin Keniya və Cibutidəki bazalara köçürülə biləcəyini iddia edib.

Noyabrın 3-də keçirilən seçkilərindən sonra Tramp tərəfindən müdafiə naziri təyin olunan Kristoper Miller keçən həftə gözlənilmədən Somaliyə gedərək, orada xidmət edən Amerika hərbçiləri ilə görüşmüşdü.

ABŞ Prezidenti Tramp seçkilərdən əvvəl verdiyi açıqlamalarda Əfqanıstan, İraq və Somalidəki hərbi qüvvələrin sayının azaldılacağı mesajını vermişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər