6 Dekabr 2020 08:43
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da yeni növ koronavirusa qarşı vaksinə gələn həftə ölkənin tənzimləyici qurumu tərəfindən icazə veriləcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri Corciya ştatında tərəfdarlatı qarşısında çıxış edən ABŞ-ın hazırkı prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, bundan sonra əhalinin vaksinasiyasına başlanılacaq.

ABŞ prezidenti qeyd edib ki, onun administrasiyasının səyləri sayəsində ölkədə vaksinin hazırlanması prosesi inanılmaz dərəcədə sürətli olub: "Başqa administrasiyaya bunun üçün 5 lazım olardı. Bizə bunu etmək üçün 7 ay lazım oldu".


Müəllif: Teleqraf.com