İngiltərənin Norfolk qraflığında yerləşən toyuq fermasında yüksək patogenli H5N8 quş qripinin yayılması 30 000 ev quşunun, o cümlədən hind toyuqlarının kəsilməsinə səbəb olub.
Teleqraf.com-un məlumatına görə, bu barədə "The Sun" qəzeti bildirib.
Məlumata əsasən, eyni xəstəliyin yayılmasını dayandırmaq üçün bir həftə əvvəl Şimali Yorkşirdə quşçuluq fermasında 10 mindən çox ev quşu məhv olunub.
Birləşmiş Krallığın Ətraf Mühit, Qida və Kənd Təsərrüfatı İnkişafı Nazirliyi bildirib ki, ümumilikdə, İngiltərədə noyabr ayının əvvəllərindən bəri yeddi dəfə H5N8 quş qripi və bir dəfə aşağı patogen H5N1 qrip epidemiyasının yayılması qeydə alınıb. Krallığın baytarlıq xidmətləri quşçuluq təsərrüfatlarında infeksiyanın yayılmasına baxmayaraq, "insan sağlamlığı üçün təhlükənin son dərəcə aşağı səviyyədə olduğunu" vurğulayır.