11 Dekabr 2020 10:00
1 782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyinin Brüsseldə keçirilən zirvə görüşündə Yunanıstanın Türkiyəyə qarşı ağır sanksiya tələbləri qəbul edilməyib.

Teleqraf.com xəbər verir ki, zirvənin yekun bəyannaməsində Avropa Birliyinin Türkiyə ilə dialoqu davam etdirməkdə maraqlı olduğu bildirilib.

Açıqlamada bildirilib ki, AB tərəfi Aralıq dənizinin şərqində gərginliyin azaldılması üçün Yunanıstan və Türkiyə arasındakı kəşfiyyat danışıqlarının yenidən başlamasına israr etdi.

Açıqlamada, eyni zamanda AB-nin Türkiyə ilə qarşılıqlı strateji maraqlara əsaslanan əlaqələri və əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğu ifadə edilib. Habelə, suriyalı miqrantlarla bağlı Türkiyəyə yardımların davam etdirilməsinin vacibliyi vurğulanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər