ABŞ-ın Seçicilər Kollegiyası Demokratlar partiyasının namizədi Co Baydeni ölkənin 46-cı prezidenti olaraq rəsmən təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, 538 üzvdən ibarət Seçicilər Kollegiyası dünən seçkilərdən sonra rəsmi olaraq ölkə prezidentini və vitse-prezidenti seçmək üçün toplanıb.
Seçicilər Kollegiyasında 306 seçicinin səsini qazanan Co Bayden rəsmi olaraq qeydə alınıb.
Nəticələr yanvarın 6-da ABŞ-ın vitse-prezidenti Mayk Pensin rəhbərliyi ilə Konqresin iclasında təsdiqlənməlidir.