18 Dekabr 2020 11:22
1 985
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ildə Qahirədə öldürülən italyan tədqiqatçı Culio Regeninin cinayət işində önəmli gəlişmələr yaşanır.

Teleqraf.com xəbər verir ki, misirli hüquqşünas Mahmud Rüfət sosial şəbəkədə Regenini işgəncə ilə öldürən şəxsin Misir Prezidenti Əbdülfəttah əs-Sisinin oğlu, general Mahmud əs-Sisi olduğunu iddia edib.

“Regeni cinayət işi ilə bağlı İtaliya baş nazirinin açıqlayacağı faktar indidən gün işığına çıxmağa başlayıb. Sisinin oğlu Mahmud Culio Regeni cinayətində iştirak edib və yanında Misir daxili işlər naziri Məcdi Əbdülqaffar da olub. Sisi indi milyardlarla dollarlıq silah anlaşması ilə cinayəti daxili işlər naziri Əbdülqaffarın üstünə ataraq oğlunu xilas etməyə çalışır”, - hüquqşünas bildirib.

Sisinin oğlunun yoxa çıxmazdan əvvəl Culio Regenini təqib etdirdiyi iddia olunub. 2018-ci ildə italyan müfəttişlər cinayətin baş verdiyi vaxt Mahmud əs-Sisiyə yaxınlığı ilə tanına 5 nəfəri şübhəli kimi göstərmişdilər.


Müəllif: Mənsur Rəğbətoğlu