18 Dekabr 2020 12:38
3 762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu və müdafiə naziri Hulusi Akar axşam saatlarında Ukraynaya gedib.

Teleqraf.com xəbər verir ki, nazirlər ukraynalı həmkarları ilə görüşdən əvvəl Kırım tatarlarının nümayəndələri ilə bir araya gəliblər.

Akar və Çavuşoğlu bu çərçivədə Krım tatar türklərinin lideri, Ukrayna parlamentinin millət vəkili Mustafa Əbdülcəmil Krımoğlu, millət vəkili və Türkiyə Dostluq qrupunun rəhbəri Rüstəm Ümərov və millət vəkili Axtem Çiygözlə görüşüb.

Görüşdə Ukrayna xarici işlər nazirinin birinci köməkçisi Əminə Cabbarova, müdafiə nazirinin köməkçisi Möhsün Dərə və Türkiyənin Kiyevdəki səfiriYağmur Ahmet Güldərə də iştirak edib.

Görüşdən sonra açıqlama verən Çavuşoğlu Krımın qeyri-qanuni ilhaqını (Rusiyaya) tanımayacaqlarını bildirib: “Krımın qanunsuz ilhaqını tanımayacağıq. Qardaş Krım tatar türklərinin yanında olacağıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər