24 Dekabr 2020 13:27
4 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub.

***

10:00

Türkiyənin seysmik tədqiqat gəmisi “Oruc Rəis”in Aralıq dənizinin şərqində araşdırma aparacağı yeni yer müəyyənləşib.

Teleqraf.com türk mediasına istinadən xəbər vrir ki, “Oruc Rəis” üçün yeni Navtex elan dilib.

Tədqiqat gəmisinin 22 dekabr-15 iyun tarixləri arasında Antalya körfəzi yaxınlığında seysmik tədqiqat işləri aparacağı açıqlanıb. Köməkçi gəmilər “Ataman” və “Çingiz Xan” yeni vəzifəsində “Oruc Rəisi” müşayiət edəcəklər. Bu müddətdə “Oruc Rəis”in kabellərinə zərər verməmək üçün dənizçilərə gəmidən ən azı 6 mil məsafədən keçmək xəbərdarlığı edilib.

“Oruc Rəis” noyabrın 29-da Aralıq dənizinin şərqindəki son tədqiqat işlərindən sonra Antalya Limanına təmir üçün aparılmışdı. “Oruc Rəis” Kaş sahillərindəki fəaliyyətlərini tamamladıqdan sonra Cənubi Kipr, Yunanıstan və Avropa Birliyi gəminin hansı istiqamətdə hərəkət edəcəyini müzakirəyə çıxarmışdı.

Türkiyə müdafiə naziri Hulusi Akar bu yaxınlarda verdiyi açıqlamada yeni planların həyata keçiriləcəyini demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər