Video əlavə olunub:
***
09:30
İsraildə fəaliyyət göstərən “Walla” nəşri Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə və İsrail arasındakı münasibətlərin normallaşması üçün vasitəçilik etdiyi iddiasını gündəmə gətirib.
Teleqraf.com xəbər verir ki, məqalədə Prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparan Əliyevin müsbət cavab aldığı iddia edilib.
İsrailin diplomatik mənbələri sayta Azərbaycan liderinin vasitəçilik iddiasını rədd etməyib, ancaq Türkiyədən hələ müsbət bir siqnal almadıqlarını və həll yoluna açıq olduqlarını bildiriblər.
Rəsmilər ikitərəfli münasibətlərin normallaşması üçün açarın Prezident Ərdoğanın əlində olduğunu söyləyiblər. Lakin İsraildə martın 23-də keçiriləcək erkən seçkilərdən əvvəl normallaşmanın olacağının gözlənilmədiyinə də diqqət çəkilib.