Modelyer Pyer Karden 98 yaşında Fransada vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Frans-Pres” agentliyi onun ailəsinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, dizayner Parisin qərbində, bir çox fransız məşhurun yaşadığı Neyi-syur-Sen kommunasında yerləşən xəstəxanada ölüb.
P.Karden 2 iyul 1922-ci ildə İtaliyanın San-Byadjo-di-Kallalta kommunasında anadan olub. O, karyerasına teatr rəssamı kimi başlayıb. 1947-ci ildə Karden Kristian Diorun atelyesində işə başlayıb, 1950-ci ildə öz moda evini qurub.
1960-70-ci illərdə Karden futuristik geyim dizaynı ilə məşhurlaşıb. O, abstrakt həndəsi üsluba üstünlük verib və uniseks anlayışını modaya ilk gətirənlərdən olub.