1 Yanvar 2021 11:48
3 964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın ultra-millətçi Baş naziri Narendra Modinin partiyası “Bxaratiya Janata” Assam ştatında İslam təhsil müəssisələrini bağlamaq üçün bir qanun layihəsi qəbul edib.

Teleqraf.com xəbər verir ki, müxalif siyasətçilər bu addımı hökumətin anti-İslam siyasətinin bir hissəsi kimi dəyərləndiriblər.

Assam ştatının təhsil naziri Ximanta Bisva Sarma bölgədə fəaliyyət göstərən 700-dən çox müsəlman məktəbi və mədrəsəsinin bağlanacağını açıqlayıb.

Sarma məktəblərin müsəlmanlardan alınacağını və rəsmi qurumlara təhvil veriləcəyini bildirib.

Müxalif siyasətçilər hakim partiyanın addımını müsəlmanlara hücum kimi qəbul etdiklərini deyiblər.

Müxalifətdə olan Konqres Partiyasının millət vəkili Vajes Əli Çodri hesab edir ki, hakimiyyətin əsas məqsədi müsəlmanları aradan götürməkdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər