“Ukrayna Hərbi Dəniz Qüvvələri Türkiyədən satın alınan pilotsuz uçan aparatları (PUA) və korvetləri təhvil alcaq”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı, general Aleksey Neijpapa açıqlama verib.
O, PUA-lar və korvetlərin il ərzində təhvil alınacağını bildirib.
PUA-ları həm dənizdə, həm də quruda istifadə edəcəklərini deyən Neijpapa qeyd edib ki, ADA tipli korvetlər sayəsində Ukrayna NATO standartlarına uyğun istehsal sənayesi formalaşdıracaq.
O, sözügedən avadanlıqların Türkiyə ilə birgə istehsal olunacağını bildirib.