7 Yanvar 2021 09:41
411
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın Tvitter və Feysbuk hesabları müvəqqəti olaraq bloklanıb.

Teleqraf.com xatırladır ki, ABŞ Konqresi yeni prezidenti rəsmi şəkildə qəbul etmək üçün toplandığı zaman Trampı dəstəkləyənlər Vaşinqtondakı mitinqin ardınca Konqresə daxil olaraq hakimiyyətin qanuni dəyişməsinə müqavimət göstərib.

Hadisələrdən dərhal sonra Tvitter və Feysbuk ABŞ Prezidenti Donald Trampın sosial media hesabını bloklayıb. Bu səbəbdən də Tramp 12 saat ərzində hesabında hər hansı bir məlumat paylaşmaq imkanından məhrum olub. ABŞ prezidentinin 3 paylaşımını silən Tvitter elan edib ki, zorakı çağırışların davam edəcəyi təqdirdə Trampın hesabını birdəfəlik bağlayacaq.

Feysbuk isə Trampın hesabını 24 saatlıq bloklayıb.

Eyni zamanda prezidentin İnstagram hesabı da bloklanıb.

Xatırladaq ki, Trampın Tvitterdə 88, Feysbukda isə 35 milyon izləyicisi var.

https://twitter.com/TwitterSafety/status/1346970430062485505?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1346970430062485505%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.sozcu.com.tr%2F2021%2Fdunya%2Ftwitter-ve-facebook-trumpin-hesabini-kilitledi-6200816%2F


Müəllif: Cavad

Oxşar xəbərlər