7 Yanvar 2021 10:09
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Donald Tramp tərəfdarlarının ABŞ Konqresini “işğal” cəhdi zamanı 4 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Vaşinqtonun polis rəisi Robert Konte deyib.

Polis şefinin açıqlamasında qeyd edilib ki, Konqres binası içərisində polis tərəfindən vurulan və həyatını itirənlərin sayı 4 nəfərə çatıb.

Ölənlərdən biri kişi, ikisi isə qadın olub. Bundan əvvəl isə daha bir qadın polis tərəfindən vurulmuşdu.

Hadisələr zamanı 14 polis yaralanıb. 52 nəfər isə həbs edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər