23 Yanvar 2021 17:37
1 561
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ kəşfiyyat agentliklərinin smartfon telefonlardan əldə edilən məlumatları vasitəçi qurumlardan satın alma yolu ilə icazəsiz istifadə etdikləri bildirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzeti məxfi mənbələrə istinadən məlumat yayıb.

Nəşr iddia edir ki, kəşfiyyat analitikləri bu səlahiyyətə sahib olmadığı halda amerikalıların məkan məlumatlarından icazəsiz istifadə edir.

Son iki ildə federal hökumətə bağlı Müdafiə Kəşfiyyat Agentliyi (DİA) analitiklərinin məlumatlar bazası üzərində 5 fərqli araşdırma apardıqları və nəticələri senator Ron Uaydenlə bölüşdüyü qeyd edilib.

Bundan əvvəl ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin nəzdində işləyən İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti, eləcə də Gömrük və Sərhəd Mühafizə Xidmətinin immiqrantları izləmək və həbsdə olan immiqrantları araşdırmaq üçün ağıllı telefonlarda məkan məlumatlarından istifadə etdikləri iddia olunmuşdu.

Müsəlmanların istifadə etdiyi tətbiqetmə məlumatları da satılıb. “Nyu-York Tayms” müsəlmanlar tərəfindən istifadə edilən namaz və Quran məzmunlu bir tətbiqetmə olan “Muslim Pro”nun “X-Mode” adlı bir vasitəçi qurum tərəfindən ABŞ Silahlı Qüvvələrinə satıldığını bildirib.

Məlum hadisənin ortaya çıxmasından sonra – ötən ilin noyabrında “Muslim Pro” X-Mode ilə məlumat mübadiləsini dayandırdığını açıqlayıb. “Apple” və “Google” şirkətləri də telefonlardan məlumat toplayan bu tətbiqetmələri bloklayacaqlarını bildiriblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər