Moskvadakı Puşkin Meydanında razılaşdırılmamış aksiyanın iştirakçıları polisə plastik şüşə və yumurta atmağa başlayıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə RİA-Novosti məlumat yayıb.
Polislə aksiya iştirakçıları arasında qarşıdurma başlayıb.
Qeyd edək ki, bundan öncə Puşkin Meydanında ilk həbslər başlamışdı.
Polis səsgücləndiricilərlə etirazçıları sosial məsafəyə riayət etmək, maska və əlcəklərdən istifadə və aksiyanın razılaşdırılmadığı barədə xəbərdar edirdi.
Hüquq-mühafizə orqanlarının əməkdaşları plakatlarla gələnləri, eyni zamanda üzlərini tamamilə bağlayanları, özlərini gödəkcə başlığı, şərf və maskalarla tamamilə gizləyən iştirakçıları saxlayır.
Meydanda çox saylı jurnalistlər var.