25 Yanvar 2021 18:45
1 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ABŞ-ın Moskvadakı səfirliyinin həbsdə olan müxalifətçi Aleksey Navalnının sərbəst buraxılması üçün ötən həftənun sonunda təşkil edilən nümayişlərə dəstək verdiyi üçün bu ölkəyə nota verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama verib.

Zaxarova bildirib ki, ABŞ-ın Moskvadakı səfirliyi sosial şəbəkələrdə Moskvadakı etiraz aksiyalarını dəstəkləyən məlumatlar yayımlayıb.

Bunu “Rusiyanın daxili işlərinə birbaşa müdaxilə” kimi qiymətləndirən XİN rəsmisi ABŞ-ın Moskvadakı səfiri Con Sullivanın nazirliyə çağrıldığını söyləyib.

ABŞ-ı Rusiya qanunlarına riayət etməyə dəvət etdiklərini bildirən Zaxarova buna görə, Vaşinqtona etiraz notasının verildiyini diqqətə çatdırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər