Qazaxıstan Milli Əlifba Komissiyası Baş nazir Askar Maminin sədrliyi ilə toplantı keçirib.
Teleqraf.com xəbər verir ki, iclasda komissiya üzvləri tərəfindən 2023-2031-ci illər arasında ölkədə tədricən istifadə ediləcək, latın hərflərinə uyğunlaşdırılmış yeni qazax əlifbası təqdim edilib.
Dilçilik İnstitutu tərəfindən hazırlanan əlifba “bir səs-bir hərf” prinsipinə əsasən hazırlanıb. Latın hərflərinə uyğunlaşdırılmış yeni qazax əlifbasında 31 hərf var. Ancaq əlifbaya daxil olmayan x və w kimi hərflər xarici mənşəli sözlərdə istifadə ediləcək.
Baş nazir Mamin bildirib ki, əlifbanın təkmilləşdirilmiş versiyası qazax dilinin yayılmasına yeni bir təkan verəcək və müasirləşməsinə kömək edəcək.
1940-cı ildən bəri kiril əlifbasından istifadə edən Qazaxıstan 2017-ci ildə tədricən latın əlifbasına keçməyə qərar verib.