İraqda İŞİD terror qruplaşmasının başçılarından biri ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın aviazərbəsi nəticəsində məhv edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti bildirib.
Nəşrin məlumatına görə, “Əbu Yasir” adı ilə tanınan Cabbar Salman Əli Farhan əl-İssaui Kərkük şəhəri ərazisində zərərsizləşdirilib. Zərbə nəticəsində İŞİD-in daha doqquz silahlısı öldürülüb.
Əməliyyatda İraqın təhlükəsizlik xidmətləri də iştirak edib. Terrorçulara zərbəni havadan ABŞ hərbçiləri endirib.
Koalisiyanın nümayəndəsi Ueyn Marotto qeyd edib ki, əl-İssauinin ölümü İŞİD üçün ciddi zərbədir. Qəzetin məlumatına görə, əl-İssaui İraqda İŞİD döyüşçülərinin hərəkətlərinə rəhbərlik edib və ölkədə qruplaşmanın fəaliyyətini bərpa etməyə çalışıb.