3 Fevral 2021 10:08
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada COVID-19 vaksininin istehsalı üçün “Novavax” şirkəti ilə müqavilə imzalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Kanada prezidenti Justin Trudeau mətbuat konfransında açıqlayıb.

O bildirib ki, vaksin tədarükündə yerli istehsala önəm verilməlidir.

Prezident qeyd edib ki, vaksin istehsalının başlanğıcında 2 milyon doza peyvənd hazırlamağı hədəfləyiblər: “Peyvənd müəssisəsində Pfizer-BioNTech ve Moderna şirkətlərinin hazırladığı MRNA vaksini hazırlanmayacaq. Paralel olaraq, “Precision NanoSystems” adlı ikinci bir şirkətin də ölkəmizdə vaksin istehsalı həyata keçiriləcək. Məqsədimiz insanları yoluxucu infeksion xəstəliklərdən qorumaqdır. Bu iş üçün 25 miylondan artıq vəsait ayrılıb”.

Vaksin mərkəzlərinin 2023-cü ilə hazır olunacağını qeyd edən Kanada prezidenti hər il 240 milyon doza vaksin istehsal ediləcəyini qeyd edib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər