Rusiyanın Altay diyarının Smaznevo kəndində qar uçqunu nəticəsində 4 nəfər həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə bölgə hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Bu gün səhər Smaznevo kəndində taxıl anbarının damının qar örtüyünün ağırlığına tab gərməyərək uçduğu, nəticədə səkkiz nəfərin dağıntılar altında qaldığı məlum olub. Axtarış qrupları artıq yeddi nəfəri dağıntılar altından çıxarıb. Səkkizincisinin axtarışı davam edir. Qarın altından çıxarılan dörd nəfər həlak olub”, – deyə məlumatda qeyd olunub.
Təbii fəlakətlə əlaqədar olaraq kəndə Barnauldan tibb briqadası göndərilib.