16 Fevral 2021 16:20
1 816
12 Punto 14 Punto 16 Punto 18 Punto

“HDP-nin fəaliyyətinin dayandırılması üçün vaxt itirmək dövlətimizin suverenliyinə qarşı hədədir”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı deyib.

Bağçalı İraqın Qara bölgəsində 13 Türkiyə vətəndaşının PKK terror təşkilatı tərəfindən qətlə yetirilməsindən danışıb:

“İnanıram ki, Qarada başlayan əməliyyatlardan əvvəl və sonra terrorizmlə mübarizə strategiyası eyni olmayacaq. Bu dəfə alov yalnız düşdüyü yeri yandırmayacaq, PKK-nın yanında kim dayanıbsa, onu da öz çənbərinə alıb başdan ayağa yandıracaq. PKK terror təşkilatı ya silahları ilə birlikdə təhlükəsizlik qüvvələrinə təslim olacaq və Türkiyə məhkəməsinə hesab verəcək, ya da azdan az, çoxdan çox gedəcək, xainlərin kökləri kəsiləcək”, - Bağçalı bildirib.

MHP lideri Xalqların Demokrat Partiyasından (HDP) olan deputatları PKK terroruna dəstək verməkdə ittiham edib:

“Körpə qatilinə “cənab” deyən millət vəkili istəmirik. Terrorçuya “partizan” deyən millət vəkilinə dözə bilmərik. PKK-ya güvənən və terrorçuların dəfn mərasimlərində iştirak edən xainlər üçün millət vəkilliyi haramdır. Artıq bəsdir, səbrin daşı çatladı, bıçaq sümüyə dirəndi. Bu, “ya var olmaq, ya da yox olmaq” məsələsidir”.

Bağçalı terrorizmə haqq qazandıran millət vəkillərinin parlamentdən dərhal uzaqlaşdırılmasını, barələrində cinayət işinin açılmasını tələb edib: “Bu millət vəkillərinin və HDP-çilərin millətin vergiləri ilə maaş almaları haramdır, zəqqumdur. HDP-nin fəaliyyətinin dayandırılması üçün vaxt itirmək, dövlətimizin suverenliyinə qarşı hədədir. HDP ilə hesablaşmadan “PKK-nı bitirdik, yox etdik, məhv etdik” deyə bilmərik. HDP-nin bağlanılması zərurətdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər