17 Fevral 2021 22:37
1 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya İrlandiyadakı səfirliyində heç bir “casus bazası” yaratmır.

Teleqraf.com xəbər verir ki, bu barədə irland mətbuatında bununla bağlı ortaya atılan iddiaya Rusiya Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada bildirilib.

Açıqlamada qeyd edilib ki, səfirlik işə başladıqdan sonra İrlandiya Xarici İşlər Nazirliyinin rəhbərliyi və yerli KİV nümayəndələri nümayəndəliyin binasına gələrək, hər şeyi öz gözləri ilə görmək fürsəti əldə ediblər.

XİN vurğulayıb ki, bu, yerli KİV-lərdə Rusiya səfirliyinə qarşı bu cür əsassız iddialar ilk dəfə deyil dərc olunur.

İrlandiya mediası keçən həftə paytaxt Dublində yeni açılan Rusiya səfirliyinin binasının ölkənin təhlükəsizliyi üçün ciddi təhdid olduğunu yazıb.

İddiaya görə, İrlandiyanın yerli hakimiyyət orqanları Rusiyanın diplomatik nümayəndəlik ərazisində gizli casus bazası qura biləcəyindən qorxur. İrland mənbələri Rusiyanın səfirliyin yerləşdiyi ərazidə həbi məqsədlər üçün - siqnalları və məlumatları ötürmək və qəbul etmək üçün gizli bazaların inşa edəcə biləcəyi barədə xəbərdarlıq edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər