20 Fevral 2021 11:40
1 444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) ölkələrinin xarici işlər nazirlərinin fevralın 22-də keçiriləcək iclasında müxalifətçi Aleksey Navalnının həbsinə görə Rusiyaya qarşı yeni sanksiya qərarı veriləcəyi gözlənilir.

Teleqraf.com xəbər verir ki, tətbiq edilməsi planlaşdırılan sanksiyalarla bağlı qərar AB-nin qüvvəyə minən Qlobal İnsan Haqları Sanksiya Rejimi çərçivəsində qəbul ediləcək.

Aktivlərin dondurulması və səyahət qadağaları da daxil olmaqla, Rusiyanın bir neçə yüksək rütbəli rəsmisinə qarşı sanksi tətbiqi ehtimalı var.

Həmin şəxslərin kimlikləri hələlik məlum deyil.

Toplantıda ABŞ Dövlət katibi Entoni Blinken də iştirak edəcək.

Qeyd edək ki, Co Baydenin ABŞ-da hakimiyyətə gəlməsindən sonra Ağ Evdən verilən açıqlamada Rusiyanın insan haqlarını pozan fəaliyyətlərinə qarşı müvafiq addımların atılacağı bildirilmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər