26 Oktyabr 2014 08:05
1 560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Iraq ordusunun həyata keçirdiyi hərbi əməliyyat nəticəsində 300-dək “İŞİD” qruplaşmasının üzvü məhv edilib.

Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, İraqın müdafiə nazirliyinin açıqlamasında belə deyilir.

Məlumatda həmçinin bildirilir ki, hərbçilər iki yaşayış məntəqəsini yaraqlılardan təmizləyiblər, həmçinin, 112 partlayıcı qurğu zərərsizləşdirilib, 18 minalanmış avtomobil məhv edilib.

Qeyd edək ki, bundan əvvəl İraqın şimalında yerləşən və strateji əhəmiyyət kəsb edən Zumar şəhərinin “İŞİD” qüvvələrindən azad edildiyi barədə məlumat yayılmışdı.


Müəllif:

Oxşar xəbərlər