26 Fevral 2021 08:05
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) rəsmi Karakas tərəfindən analoji hərəkətlərə cavab olaraq Venesuelanın AB-dəki səfirinin “persona non-qrata” elan olunması barədə qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, müvafiq qərar təşkilatın Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndənin təşəbbüsü ilə Avropa Birliyi Şurası tərəfindən qəbul edilib.

Venesuelanın Avropa diplomatik nümayəndəliyinin ölkədəki rəhbəri İzabel Brilyantın ərazisindən çıxarılması qərarı "demarş" kimi qiymətləndirilib.

Daha əvvəl Venesuelanın Xarici İşlər Nazirliyinin başçısı Xorxe Arreas Brilyantı “persona non-qrata” elan edib. Ona ölkəni tərk etməsi üçün 72 saat vaxt verilib.

Avropa Birliyi bu tədbirlə əlaqədar təəssüfünü ifadə edib və qərarı təkrar gözdən keçirməyə çağırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər