6 Mart 2021 15:04
3 576
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Baş katibi Yens Stoltenberq “Avropa müdafiəsində muxtariyyət” istəyən Fransa Prezidenti Emmanuel Makron və digər Avropa liderlərinə xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, Avropa Birliyinin qitəni müdafiə edəcək vəziyyətdə olmadığı və AB-nin muxtariyyət istəyinin NATO-nu zəiflətmək arzusu olduğunu söyləyən Stoltenberq Avropanı ABŞ, Türkiyə və İngiltərə kimi dövlətlərin qoruduğunu vurğulayıb.

AB əhalisinin 90 faizinin NATO-ya üzv ölkələrdə yaşadığını xatırladan Baş katib birliyin NATO-nun müdafiə xərclərinin yalnız 20 faizini ödədiyini, məsələnin təkcə pul yox, həm də coğrafiya olduğunu söyləyib:

“Avropa və ABŞ-ın təkbaşına hərəkət edə biləcəyinə inanmıram. İslandiya və Norveç şimal qütbünə açılan qapımızdır. Türkiyənin cənubunda Suriya və İraqla sərhədləri var. Bu bölgənin təhlükəsizliyini Türkiyə təmin edir. ABŞ , Kanada və İngiltərə qərbdə Atlantik okeanının iki tərəfini birləşdirir. Onların heç biri AB üzvü deyil”.

Stoltenberq AB-nin NATO və ABŞ-a güclü tərəfdaş olmaq üçün öz muxtariyyətini gücləndirməsinə ehtiyac olmadığını deyib:

“NATO-nu zəiflətmək Avropa və Şimali Amerikanı bir-birindən ayırmaq cəhdləri təkcə NATO-nu zəiflətməyəcək, Avropanı da böləcək. İnanmıram ki, tək bir ölkə və ya tək bir qitə qarşılaşdığımız problemləri təkbaşına həll edə bilsin”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər